Aktyor və rejissor Aleksandr Mittanın "Mənim dostum Kolka" filminin ulduzu Aleksandr Kobozev vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, ötən gün Moskvadakı mənzilində olan sənətçinin vəziyyəti pisləşib və o, xəstəxanaya aparılıb. "Lakin həkimlər Kobozevi xilas edə bilməyiblər. Qohumlarının bizə verdiyi məlumata görə, o, bir sıra xəstəliklərdən əziyyət çəkirdi", - deyə məlumatda bildirilir.
Kanal aydınlaşdırır ki, sənətçinin ölümünə səbəb ürəyinin dayanması olub.
Aleksandr Kobozev 1945-ci ildə Moskvada anadan olub, Mədəniyyət İnstitutunu bitirib. O, "Mənim dostum Kolka" filmində iki alan pioner Kolka Snegirev rolunu oynayıb.
QAZİLER.AZ