AZ

Sahibkarlara sərfəli mikro kredit imkanları: 500 AZN-dən 100,000 AZN-ə qədər

“Rabitəbank” ASC, kiçik bizneslərə maliyyə dəstəyi təqdim etmək məqsədilə mikro kreditlər təklif edir.

Finss.az xəbər verir ki, bu kreditlər, sahibkarların gündəlik əməliyyatlarını asanlaşdırmaq və bizneslərinin inkişafını dəstəkləmək üçün ideal həlldir.

Mikro kredit şərtləri:

  • Məbləğ: 500 AZN-dən 100,000 AZN-ə qədər
  • Müddət: 3 aydan 36 aya qədər
  • Faiz dərəcəsi: 15%-28% illik
  • Güzəşt müddəti: 6-12 ay
  • Təminat: Sərt girov, şərti girov və ya zaminlik

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi
  • VÖEN
  • Biznes fəaliyyətini təsdiq edən sənədlər

Kiçik bizneslərin mikro kreditlərlə maliyyə ehtiyaclarını asanlıqla qarşılamasına imkan yaradan bu təklif, müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlara xidmət edir. Kreditlər, sənaye, istehsalat, xidmət, ticarət, tikinti, nəqliyyat, balıqçılıq və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə təqdim olunur.

Ətraflı məlumat üçün keçid: //www.rabitabank.com/biznes/kreditler-biznes-aze/mikro-kredit-aze

Fuad Mədətov
Finss.az

Seçilən
0
fins.az

1Mənbələr