AZ

Aİ avtomobil istehsalçıları üçün emissiyanın yeni normalarının yerinə yetirilməsini təxirə salıb

Bakı, 12 may, AZƏRTAC

Avropa İttifaqı (Aİ) qanunvericiləri avtomobil istehsalçıları üçün yeni karbon emissiyası hədəflərinin təxirə salınmasını təsdiqləyiblər. Bu, ABŞ və Çinin sərt rəqabəti ilə üzləşən avtomobil sənayesinin dəstəyi ilə iddialı iqlim hədəflərini tarazlaşdırmağa çalışmaqda böyük bir addımdır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 2025-ci ilin əvvəlindən Avropa İttifaqı ölkələrində satılan avtomobillər üçün karbon emissiyalarının səviyyəsinə dair yeni məhdudiyyətlər qüvvəyə minib. Bu standartların pozulması avtomobil istehsalçıları üçün ciddi cərimələrlə nəticələnə bilər ki, bu da sənayeyə ciddi problemlər yaradır. Bununla belə, iqtisadiyyatın mühüm sektorunu dəstəkləmək və onun yeni şəraitə uyğunlaşmasına kömək etmək məqsədilə Aİ hədəflərin icrasının təxirə salınması da daxil olmaqla bir sıra tədbirlər təklif edib.

Normaların təxirə salınması Avropa Parlamentində səs çoxluğu ilə təsdiq edilib. Onun lehinə 458, əleyhinə isə 101 səs verilib. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin təklif etdiyi sxemə əsasən, avtomobil istehsalçıları illik hədəfləri yerinə yetirməkdənsə, 2025-ci ildən 2027-ci ilə qədər üç il ərzində emissiyalarını orta hesabla götürə biləcəklər. Bu o deməkdir ki, cari ilin dekabrın 31-dək 2025-ci il hədəflərini yerinə yetirə bilməsələr, onlara cəza tətbiq edilməyəcək.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) parlamentin qərarını yüksək qiymətləndirərək bildirib ki, çevik mexanizmin tətbiqi avtomobil istehsalçılarına ekoloji standartlara cavab verməkdə manevrlərə imkan verəcək və keçid dövründə çox ehtiyac duyulan “nəfəsalma, prosesini təmin edəcək. Bu, sənayedən əhəmiyyətli səylər tələb edən sıfır emissiyaya keçid fonunda xüsusilə vacibdir.

Seçilən
0
azertag.az

1Mənbələr