AZ

"Real Madrid" Xabi Alonso ilə müqaviləni razılaşdırdı

"Real Madrid"in yeni baş məşqçisi Xabi Alonso olacaq.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Klubla Xabi Alonso arasında 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Razılaşma artıq təsdiqlənib və hər iki tərəf arasında bütün detallarda anlaşma əldə olunub.

Hazırkı baş məşqçi Karlo Ançelottiyə isə xüsusi vida mərasimi təşkil olunacaq. Bu həftədən etibarən onunla vidalaşma prosesi başlayacaq. Ançelottinin gedişindən sonra isə "Real Madrid"də Xabi Alonso dövrü başlayacaq.

Seçilən
0
operativmedia.az

1Mənbələr