AZ

Polşaya tezliklə cavab veriləcək - Rusiya

Moskva Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq üçün Varşavanın qeyri-adekvat addımlarına tezliklə cavab verəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Varşava vətəndaşların maraqlarına zidd hərəkət edərək münasibətləri qəsdən pozmaqda davam edir. Bu qeyri-adekvat addımlara adekvat cavab tezliklə veriləcək”, - Zaxarova bildirib.

Qeyd edək ki, Polşa Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq qərarına gəlib.

Seçilən
0
axar.az

1Mənbələr