AZ

Sığorta sektorunda dayanıqlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi müzakirə olunub

Bakı, 12 may, AZƏRTAC

Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı cari ilin birinci rübü üzrə sığorta sektorunun fəaliyyət nəticələri, qlobal makroiqtisadi trendlər, mövcud çağırışlar və inkişaf perspektivləri geniş müzakirə olunub.

Görüşdə, həmçinin sığorta məhsullarının nüfuzetməsinin yüksəldilməsi, könüllü və icbari sığortanın təşviqi, eləcə də sektorda dayanıqlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
0
6
azertag.az

7Mənbələr