BAKI, 12 may. TELEQRAF
Macarıstanın neft şirkəti “MOL Group” Azərbaycanda hasil etdiyi neftin həcmi ilə bağlı hesabatını yayımlayıb.
Teleqraf xəbər verir ki, şirkət cari ilin birinci rübündə sutkada 12.4 min neft ekvivalentində barel hasil edib.
2024-cü ilin dördüncü rübü ilə müqayisədə şirkətin Azərbaycandakı hasilatında 0.7 min neft ekvivalentində barel və ya 5.34% azalma olub.
Məlumata görə, Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağında hasilata təbii baza hasilatının azalması, AÇG-də planlaşdırılmamış dayanma hallarının baş verməsi mənfi təsir göstərib.
2025-ci ilin birinci rübündə Azərbaycanın iştirak payına düşən neft və qaz hasilatı sutkada təxminən 31 600 barrel neft ekvivalentində təşkil edib.
Qeyd edək ki, “MOL Group” 2019-cu ildə Azərbaycanın enerji sektoruna daxil olaraq Azəri-Çıraq-Günəşli (ACG) neft yatağında 9,57% pay, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində isə 8,9% pay əldə edib. MOL ACG neft yatağında üçüncü ən böyük tərəfdaşdır.