Bakı. Trend:
Bolqarıstanın prezidenti Rumen Radev ölkənin Avrozonaya daxilolması məsələsi ilə bağlı ümummilli referendum keçirməyi təklifedib.
Trend xəbər verirki, bu haqda Bolqarıstanın BTA agentliyi məlumat yayıb.
“Bir prezident olaraq, mən ona əminəm ki, vahid Avropavalyutasının tətbiqi inandırıcı milli konsensus əsasında həyatakeçə bilər və bilməlidir də”, - deyə Radev bildirib.
Nəşr qeyd edir ki, bolqar lider vətəndaşlara sualı bu şəkildəünvanlayıb:
“Siz Bolqarıstanın 2026-cı ildə Avropanın vahid avro valyutasınakeçidinə razısınızmı?”
Avrozona Avropa İttifaqının (Aİ) 20 üzv dövlətindən ibarət biriqtisadi və monetar birlikdir. Bu dövlətlər milli valyutalarınıavro (€) ilə əvəz edərək vahid pul siyasəti və iqtisadiəlaqələndirmə çərçivəsində birləşiblər.
Qeyd edək ki, Avrozona hazırda aşağıdakı 20 Aİ üzvdövlətlərindən ibarətdir: Avstriya, Belçika, Xorvatiya, Kipr,Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya,İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Portuqaliya,Slovakiya, Sloveniya, İspaniya.