AZ

ABŞ və Çin arasında ticarət danışıqları uğurla başa çatdı - ÖZƏL

ABŞ və Çin arasında İsveçrədə keçirilən ticarət danışıqları uğurlu və məhsuldar qiymətləndirilib. ABŞ-nin maliyyə naziri Skott Bessent ötən həftə sonu Cenevrədə baş tutan danışıqlarda mühüm irəliləyişin əldə olunduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, Ağ Evin yaydığı açıqlamada nazirin sözlərinə istinadən deyilir: "ABŞ və Çin çox vacib ticarət danışıqlarında əhəmiyyətli irəliləyiş əldə ediblər". Skott Bessent qeyd edib ki, danışıqlar məhsuldar keçib.
Ağ Evin məlumatına görə, ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir də danışıqların "iki çox konstruktiv gün" ərzində keçdiyini bildirib. O vurğulayıb ki, razılaşmanın bu qədər tez əldə olunması, mövcud fikir ayrılıqlarının gözlənildiyi qədər dərin olmadığını göstərir.
Çinin Dövlət Şurasının vitse-premyeri Xə Lifən isə ABŞ və Çinin "vacib konsensusa" gəldiyini açıqlayıb. Onun sözlərinə görə, tərəflər "bərabərhüquqlu dialoq yolu ilə fikir ayrılıqlarının həlli istiqamətində önəmli addım atıblar".
10-11 may tarixlərində İsveçrədə ABŞ və Çin nümayəndə heyətləri arasında iki rəsmi görüş keçirilib. Bu, ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunan mallara 145%-lik gömrük rüsumu tətbiq etməsindən və Pekinin 125%-lik qarşı tədbirlərindən sonra baş tutan ilk rəsmi görüş olub.
Tramp da danışıqların ilk raundunun nəticələrini müsbət qiymətləndirib və tərəflərin "dostyana və konstruktiv şəkildə" münasibətləri bərpa etməyə razılaşdıqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr