AZ

Bayramov Bəhreyn Krallığının Vəliəhdi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" səhifəsində bildirilib.

"Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə hərtərəfli müzakirə aparıblar", - məlumatda qeyd olunub.

Öz növbəsində, C.Bayramov qeyd edib ki, Bəhreyn Baş naziri ilə danışıqlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişafı da daxil olmaqla məsələlərin geniş spektrini əhatə edib.

Seçilən
0
19
publika.az

10Mənbələr