AZ

Tanınmış reperin həbsxanadan görüntüsü yayıldı - FOTO

“Havhavhav” mahnısı ilə məşhurlaşan reper Süleyman Burak bir müddət əvvəl narkotik istifadəsini təşviq etdiyinə görə həbs edilmişdi.


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda cəzaçəkmə müəssisəsində olan sənətçi ona dəstək göstərən hər kəsə məktub vasitəsilə təşəkkür edib:


“Hər kəsə salamlar. Hazırda içəridəyəm. Sizin üçün çox darıxıram. Hər kəs üçün çox darıxıram. Dəstək mesajlarınız üçün təşəkkür edirəm. Bütün anaların, xüsusən də öz anamın Analar Gününü təbrik edir, əllərindən öpürəm. Özünüzə yaxşı baxın. Hörmət və sevgimlə”.


Reperin yaxın dostu Asya Əlizadə də sosial şəbəkə hesabında həbsxanadan telefon danışığı zamanı çəkilmiş ilk fotosunu izləyiciləri ilə bölüşüb.


Fidan Hacızadə
Sfera.az

Seçilən
0
sfera.az

1Mənbələr