AZ

Zaqatalada 24 yaşlı oğlan bibisinin evini taladı, əşyaları sosial şəbəkədə satdı

Zaqatala rayonunda bibisinin evindən oğurluqda ittiham olunan 2001-ci il təvəllüdlü Samir Bədirovun cinayət işinə baxılıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Samir 2024-cü ilin sentyabr ayının sonlarında bibisinin evinin qapısını dəmir burğacla açıb və qonaq otağından 1200 manat dəyərində künc divanı, jurnal masası, 600 manat dəyərində stol və 6 ədəd stulu, 200 manat dəyərində tozsoranı oğurlayıb. O, ev sahibinə ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurub.

İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, zərərçəkmiş onun bibisidir: “Bir gün qəfil bibimin evindən oğurluq etmək fikrinə düşdüm. Oğurluğu tək törətdim. Öncə oğurlayacağım əşyaların şəkillərini “Whatsapp” qrupuna yerləşdirdim, sosial şəbəkə vasitəsi ilə əşyaları alan şəxslər özləri onları maşına yükləyərək getdilər. Lakin evin açarları məndə olmayıb. Qapı dəmir olduğu üçün itələyərək açmışam. İçəri qapının isə kilidini dəyişərək ayrı kilid qoymuşam. Evdən stol-stulları, tozsoranı aparmışam. Pul, qızıl oğurlamamışam”.

Təqsirləndirilən şəxs bildirib ki, alıcılar həmin əşyaların oğurluq olmasını bilməyiblər. Əşyaları özününkü kimi təqdim edib, oğurlayaraq satdığı mallar geri qaytarılıb: "Qalan əşyanın da dəyərini ödəməyə hazıram Əməlimdən peşmanam. Bağışlanmağımı xahiş edirəm”.

Zərərçəkmiş qismində ifadə vermiş ev sahibi olan qadının sözlərinə görə, təqsirləndirilən qardaşının oğludur, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur: “Bu ev Rusiyada yaşayan digər qardaşımındır. Qardaşım Rusiyaya gedəndə açarlardan birini mənə, digərini isə ustaya verib. Usta evə baxmaq üçün getdikdə qapının açılmadığını gördü və tez qardaşıma zəng etdi. Qardaşım da mənə zəng vurdu. Rəhmətlik yoldaşımla evə getdik, məndəki açarla qapını açmağa çalışdıq. Lakin qapı açılmadı.

Seçilən
0
5
publika.az

6Mənbələr