AZ

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9,4% artıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6,923 milyonmanata yaxın vergi daxil olub.

Trend-ə bubarədə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergidaxilolmaları 266,1 milyon manat və ya 4% artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 4,948 milyard manatdançox təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordanvergi daxilolmaları 425,4 milyon manat və ya 9,4% çox olub.

Ödənilən vergilərin 71,5%-i qeyri-neft-qaz sektorunun, 28,5%-iisə neft-qaz sektorunun payına düşüb.

Seçilən
0
12
az.trend.az

10Mənbələr