AZ

Polşa-Rusiya münasibətləri pisləşir

Hurriyyet.az xəbər verir ki, Polşa Rusiyanın Baş konsulluğunu bağlayır. 

Polşa Rusiyanın Krakov şəhərindəki Baş konsulluğunu bağlamağı qərara alıb. Bu barədə Polşanın xarici işlər naziri Radislav Sikorski X şəbəkəsində məlumat verib. 

Sikorski Rusiyanın xüsusi xidmət orqanlarını Marivilska küçəsindəki ticarət mərkəzindəki diversiyalarda ittiham edib.

Bundan əlavə, dünən Polşanın baş naziri Donald Tusk, baş prokuror Adam Bodnar və daxili işlər və administrasiya naziri Tomaş Siemionyak ilə birlikdə Marivilska küçəsindəki ticarət mərkəzində baş verən yanğınla bağlı araşdırmanın Rusiyaya apardığı barədə açıqlama veriblər.

Hürr Tərcüman

 

Seçilən
0
hurriyyet.az

1Mənbələr