“Sabah” klubu Azərbaycan çempionatlarında 150-ci ev qolunu vurub.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" Misli Premyer Liqasının XXXIV turunda “Şamaxı” ilə görüşdə (3:1) yubileyi qeyd ediblər.

Söhbət Pavol Safrankonun 90+3-cü dəqiqədə fərqlənməsindən gedir.

Bakı klubu 150-ci qolunu 104-cü ev matçında vurmağı bacarıb.

Qeyd edək ki, “Sabah”ın Premyer Liqada ilk ev qolu 2018-ci il sentyabrın 19-da keçirilən “Sumqayıt”la matça (1:4) təsadüf edib.