Olli Votkins "Aston Villa"nın Premyer Liqa tarixində ən çox qol vuran oyunçusu olub.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı hücumçu ötən şənbə günü keçirilən "Bornmut"la matçda görüşdəki yeganə qolu vuraraq buna imza atıb. Bu, onun Premyer Liqada 75-ci qolu olub.

Votkins 2020-ci ildən "Aston Villa"da çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 52 oyunda 17 qol vurmağı bacarıb.