AZ

Gecikdirilmiş 110 min manata yaxın vəsait işçilərə ödənildi - Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Onun 88,9 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 30 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Seçilən
0
33
hurriyyet.az

10Mənbələr