AZ

“Turan Tovuz” üçün 40-cı məğlubiyyət

“Turan Tovuz” komandası futbol üzrə Azərbaycan çempionatlarında (Premyer Liqa) tarixinin 40-cı məğlubiyyətini alıb.

Arena.az xəbər verir ki, qərb təmsilçisi Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 34-cü turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzub.

40-cı yenilgi 106-cı matça təsadüf edib. Evdə 21-ci dəfə uduzan Tovuz klubu səfərdə 19 məğlubiyyət alıb.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada ilk məğlubiyyətinə 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev oyununda üzülüb – 0:2.

Seçilən
0
18
arena.az

10Mənbələr