Kəşmir mübahisəsi Hindistan və Pakistan arasında ikitərəfli məsələdir, Yeni Dehli bu məsələdə hər hansı xarici vasitəçiliyi rədd edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Hindistanın Sinqapurdakı ali komissarı Şilpak Ambule "Bloomberg"-ə müsahibəsində deyib.
"Bizim üçün Kəşmir beynəlxalq məsələ deyil, ikitərəfli məsələdir. Bizim üçün "vasitəçilik" sözü Kəşmir məsələsində işləmir", - o deyib.
Ambule həmçinin qeyd edib ki, atəşkəs Hindistan və Pakistan orduları arasında birbaşa danışıqlar nəticəsində əldə olunub.