AZ

Putinin inandığı dövlət başçısı Ərdoğandır- ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirdiyi mətbuat konfransında "Kiyevlə danışıqları yenidən başlamaq istəyirik. Mən Prezident Ərdoğandan danışıqların İstanbulda aparılmasını xahiş edəcəm" - deyə açıqlama verib. Maraqlıdır, Putin Ukrayna ilə danışıqlardan müxtəlif bəhanələrlə yayındığı halda niyə birbaşa danışıqlar təklifi ilə çıxış edib? Siyasi şərhçi Vüqar Dadaşov "Olaylar"a bildirib ki, nəhayət Putin anladı ki, müharibə nə qədər çox davam edərsə Rusiya o qədər zəifləyib, qlobal güc statusunu itirə bilər. Həmçinin, Rusiyanın Ukrayna ilə müharibəsindən qalibin ancaq ABŞ-ın çıxdığını gördü. ABŞ Ukrayna ilə istədiyi təbii ehtiyatlarla bağlı müqaviləni imzalandıqdan sonra ABŞ dövlətinin Rusiyaya qarşı ənənəvi siyasətini bərpa etdi: "Rusiya 9 Mayda Moskvada parad keçirəndə Avropanın əsas aparıcı dövlətlərinin rəhbərləri: Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmer Kiyevə səfər edib, Zelenskiyə dəstəklərini bir mənalı şəkildə ifadə etdilər. Şolç dövründə Almaniyanın Rusiyaya münasibətdə  çəkinən davranışı, Fridrix Merzin gəlişindən sonra daha sərt xarakter alıb. Çox ehtimal ki, Almaniya yeni erasına başlayaraq, Avropanın bütün məsuliyyətini öz üzərinə götürmək və hegemon dövlətə çevrilmək yolunu tutub. Doğrudan da Avropa İttifaqında Almaniyadan başqa nə belə bir dövlət, nə də hərb xalqı yoxdur. Baxmayaraq ki, Almaniya nüvə silahına malik deyil, ancaq bu qısa zaman məsələsidir.

Həm də, Putin Moskvada keçirdiyi paradda hansı dairədə qaldığını və hərbi baxımdan çox zəif durumda olduğunu real nəticələrlə gördü. Zelenski Moskva paradını dolayısı təhdid etdiyindən, Putin bütün hərbi gücünü Moskvaya cəlb edib, paradın təhlükəsizliyini təmin etməyə çalışanda cəbhə boyu müdafiəsiz vəziyyətə düşüb çox ağır itkilərə məruz qaldı. Əslində də bu  Zelenskinin əvvəldən hazırlanmış planı idi. Putin isə Qərbdən gələn vasitəçiliyə inanmır və Qərb siyasətçilərin söz bütövlüyünə şübhə edir. İnandığı ancaq Ərdoğandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr