Ajans.az xəbər verir ki, onun müraciəti “Telegram” kanalında dərc olunub. Çeçenistan rəhbəri Ramzan Kadırov da vətəndaşlara dinə görə fərq qoymamağı tövsiyə edib. “Mən yalnız əhalimizi şübhə etməməyə çağıra bilərəm. Şübhəsiz ki, qələbə bizimdir. Bu, aydın sualdır”, - Alaudinov bildirib. Bundan əvvəl çeçen komandir ukraynalılara böyük hörmət bəslədiyini etiraf edib. O, təkid edib ki, ukraynalılar əksər hallarda çox mehriban insanlardır. Onun fikrincə, müəyyən təşkilatlar böyük pullarla millətə təsir edib. Hələ bundan əvvəl general-leytenant Ukrayna Silahlı Qüvvələrinin Kursk və Belqorod vilayətlərində Rusiya ordusunun resurslarını dağıtmaq istədiyini bildirmişdi.