AZ

Ruben Amorim: Manchester United komandasının bu çıxışından utanıram

Manchester United komandasının baş məşqiçisi qalmaqallı açıqlama verib. Vətəninfo.az xəbər verir ki, Ruben Amorim bildirib: “”Manchester United komandasının EPL-də 16-cı pillədə olduğunu görəndə utanıram və bunun qəbul edilməsi mənim üçün çətin bir şeydir.

Ən böyük narahatlığım – hər şeyin qaydasında olduğu hissidir. Bu, klubumuzun ən böyük problemidir, çünki biz böyük bir klub olduğumuz hissini itiririk. Old Trafford stadionunda bir oyunu uduzmaq dünyanın sonu kimi hiss olunmalıdır.

Hamı finalı düşünür… amma bizim daha böyük şeylər haqqında düşünməyimiz lazımdır və mövsümün sonunda çox şeyi dəyişməliyik – diqqətimizi buna yönəltməliyik”.

Seçilən
0
veteninfo.az

1Mənbələr