“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov yubiley oyununa çıxıb.
Msport.az xəbər verir ki, müdafiəçi Ağdam klubunun heyətində Azərbaycan çempionatlarında 250-ci matçını keçirib.
Millimizin üzvünün yubileyi Premyer Liqanın 34-cü turunda “Araz-Naxçıvan”la keçirilən qarşılaşmada (2:0) baş tutub.
Hüseynov 2012-ci ildən şərəfini qoruduğu “Qarabağ”ın heyətində 4 dəfə fərqlənib. O, Azərbaycan çempionatları tarixində eyni klubda ən azı 250 oyun keçirən 6-cı futbolçu olub.
- Maksim Medvedev (“Qarabağ”) – 376 oyun
- Qara Qarayev (“Qarabağ”) – 305
- Aslan Kərimov (“Qarabağ”) – 268
4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254
Riçard Almeyda (“Qarabağ”) – 254
- Bədavi Hüseynov (“Qarabağ”) – 250