AZ

Premyer Liqa tarixinin 6-cısı – Bədavi Hüseynov

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov yubiley oyununa çıxıb.

Msport.az xəbər verir ki, müdafiəçi Ağdam klubunun heyətində Azərbaycan çempionatlarında 250-ci matçını keçirib.

Millimizin üzvünün yubileyi Premyer Liqanın 34-cü turunda “Araz-Naxçıvan”la keçirilən qarşılaşmada (2:0) baş tutub.

Hüseynov 2012-ci ildən şərəfini qoruduğu “Qarabağ”ın heyətində 4 dəfə fərqlənib. O, Azərbaycan çempionatları tarixində eyni klubda ən azı 250 oyun keçirən 6-cı futbolçu olub.

 

  1. Maksim Medvedev (“Qarabağ”) – 376 oyun
  2. Qara Qarayev (“Qarabağ”) – 305
  3. Aslan Kərimov (“Qarabağ”) – 268

4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254

Riçard Almeyda (“Qarabağ”) – 254

  1. Bədavi Hüseynov (“Qarabağ”) – 250
Seçilən
0
msport.az

1Mənbələr