AZ

Kanat yolunun Qarabağ xanlığının iki incisi arasında çəkilməsi qürurvericidir- ÖZƏL

"Ağdamda Muğam Mərkəzinin açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda tikiləcək 3 kanat yolunun müjdəsini verdi. Bildirdi ki, onlardan biri  Vyetnamın iki adasını- Xon Tamla Fukuoku birləşdirənə bənzəyəcək: "Biz Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Yəqin siz də razılaşarsınız ki, Vyetnamdan sonra dünyada iki şəhəri bir-birinə birləşdirən kanat yolu  tikintisini məhz Azərbaycanın reallaşdırması, üstəlik, onun Qarabağ xanlığının iki incisi arasında çəkilməsi son dərəcə qürurvericidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr