20 iyun 2025-ci ildə "Azər-Türk Bank" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, iclasın gündəliyinə bankın kənar auditor tərəfindən yoxlanılmış 2024-cü ilin maliyyə hesabatlarının və 2024-cü ilin idarəetmə hesabatının təsdiq edilməsi, Müşahidə Şurasının tərkibinin yenilənməsi, nizamnamə kapitalının artırılması, bankın nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi və Müşahidə Şurası haqqında əsasnaməsinin təsdiq edilməsi məsələləri daxil edilib.
Hal-hazırda bankın Müşahidə Şurasına Əlixanov Ruslan sədrlik edir. Şura üzvləri isə Nəbiyeva Günel və Manafov Pərvindir.