Bu ilin yanvar-mart ayları ərzində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar 59 işə baxılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, baxılan müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 faizədək artım qeydə alınıb.
Rəqabət mədəniyyətinin mövcud olduğu mühitdə şirkətlər bazar payı əldə etmək üçün keyfiyyətin artırılması, innovativ yanaşmaların tətbiqi və istehlakçı məmnuniyyətinin yüksəldilməsi kimi müsbət həllərə üstünlük verirlər. Bu isə haqsız rəqabət hallarının qarşısını almaqla yanaşı, ədalətli və şəffaf bazar mühitinin təmin olunmasına şərait yaradır.