AZ

Avropalı nazirlər Britaniyada toplaşır: Ukrayna müzakirəsi

Fransa, İtaliya, Almaniya, İspaniya, Polşa və AB xarici işlər nazirləri bu gün Böyük Britaniyada görüşəcək.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, danışıqlarda Ukraynaya dəstək müzakirə olunacaq:

“Ola bilsin ki, Rusiyaya qarşı sanksiyalar elan olunsun. Avropalı həmkarları Britaniya xarici işlər naziri Devid Lemmi qəbul edəcək. Görüş zamanı Ukraynaya yardım mövzusu ilə yanaşı, regional müdafiə əməkdaşlığının genişləndirilməsi barədə də danışılacaq”.

Seçilən
0
axar.az

1Mənbələr