Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyəyə səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə “Axios” Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
“Rusiya mayın 12-də atəşkəsə başlamağa razı olmasa belə, Zelenski mayın 15-də Türkiyəyə gedəcək”, - deyə vurğulanıb.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin mayın 10-u axşam atəşkəs təklifini qəbul etməsə də, mayın 15-də Ukrayna ilə birbaşa danışıqlara başlamağa hazır olduğunu bəyan edib.
Nəşr yazır ki, İstanbulda görüş baş tutsa, bu, Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri iki lider arasında ilk görüş olacaq.
Daşqın HəsənovMissiya.Az