AZ

Makron, Starmer və Merz qatarda kokain çəkiblər? – VİDEO

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın baş naziri Keir Starmerin gecə qatarı ilə Ukraynanın paytaxtı Kiyevə səfərinin görüntüləri sosial mediada tamamilə fərqli rəvayətin bir hissəsinə çevrilib.

Tribunainfo.az xəbər verir ki, üç liderin “bir yerdə kokaindən istifadə etdiyi” iddiaları irəli sürülsə də, görüntülər araşdırıldıqdan sonra həqiqət üzə çıxıb.

Üç lider bu gizli diplomatik səfər üçün gecə qatarında bir araya gəlib. Səfər boyu bir sıra görüşlər keçirən liderlər daha sonra kameralar qarşısına keçərək çox səmimi pozalar veriblər.

İddialara görə, Makron “ağ paketi” masanın üzərindən gizlicə götürüb və Merz kokaini paylaşmaq üçün “pipetka” daşıyıb.

Qısa müddətdə yayılan iddialardan sonra AFP və AP kimi xəbər agentliklərinin təqdim etdiyi yüksək keyfiyyətli foto və videolar araşdırılıb. “Kokain sarğı” olduğu iddia edilən ağ əşya əslində daha əvvəl masanın üzərində qalmış əzilmiş salfet olub. Merzin əlindəki əşya isə içki qarışdırıcı və ya diş çubuğu kimi təqdim edilib.

Dəniz Pənahova

Seçilən
0
tribunainfo.az

1Mənbələr