AZ

Flik: “Dörd “el klasiko”da qələbə çox şey deməkdir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 35-ci turunun “Real”la ev oyununda 4:3 hesablı qələbəni şərh edib.

Arena.az alman mütəxəssisin oyunsonrası mətbuat toplantısında müvafiq xüsusda sələndirdiyi fikrini təqdim edir:

“Dörd “el klasiko”da qələbə azarkeşlər üçün çox şey deməkdir. İndi bizə, növbəti oyunu qazanmaq üzərində köklənmək gərəkdir. Mən heç də həmişə şad deyiləm, amma komandamın necə çıxış etdiyi mənə xoş gəlir. Futbol səhvlərdən ibarətdir. Bizim tapşırığımız – onları ən azına endirməkdir”, deyə Hansi Flik vurğulayıb.

Əlavə edək ki, “baluqrana” cari mövsüm ərzində “qaymaqlılar”la qarşılaşdığı dörd oyunun hamısında qələbə qazanıb.

35 oyundan 82 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Real” isə 75 xalla 2-ci pillədədir.

Seçilən
0
arena.az

1Mənbələr