AZ

Zərdabda kommunikasiya naqilləri oğurlayanlar saxlanılıblar

Bakı. Trend:

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləriəməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alıcanlı,Dəliquşçu, Otmanoba, Hüseynxanlı, Xanməmmədli və Gödəkqobu kəndləriərazilərində rabitə dirəklərindən keçən naqilləri oğurlayan TəbrizMahmudov, Saməddin Kərimov və qardaşı Əvəzxan saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilənməlumata görə, onların 6 kənd ərazisində yerləşən rabitədirəklərindən 12000 manat dəyərində 2720 metr kommunikasiyanaqillərini kəsərək əlvan metalları metal qəbulu məntəqələrindənbirinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsindəhəbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Məqalədə:
Seçilən
0
19
az.trend.az

10Mənbələr