Bu barədə Səudiyyə Ərəbistanının kral ailəsinin adı çəkilməyən nümayəndəsi İsrailin İctimai Yayım Şirkətinə ("Kan") açıqlamasında danışıb. O vurğulayıb ki, Ər-Riyadın xahişləri çərçivəsində Fələstin dövlətinin demilitarizasiya şərti ilə qurulması, Qəzza zolağında müharibənin başa çatdırılması və HƏMAS-ın ləğvi əsas yer tutur.
"Eyni zamanda, ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılması Donald Trampla danışıqların vacib nöqtəsidir. Ər-Riyad nikbindir ki, Tramp belə bir razılaşmanı dəstəkləyəcək. İsrail də bu fürsəti qaçırmamalıdır", – səudiyyəli müsahib bildirib.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta