AZ

Rubio Vaşinqtonun Ukrayna ilə bağlı əsas prioritetini açıqladı

ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı aparıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Marko Rubio atəşkəs və münaqişəyə son qoyulmasını ABŞ administrasiyasının Ukraynada nizamlanması üçün əsas prioritet adlandırıb.

Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı Rubio Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyini təsdiqləyib.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir: “Bizim əsas prioritetimiz döyüşlərə son qoymaq və dərhal atəşkəsə nail olmaqdır”.

Seçilən
0
3
modern.az

5Mənbələr