Hindistan Pakistanla yalnız hərbi səviyyədə danışıqlar aparacaq, siyasi təmaslar olmayacaq...
Poliqon xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
“Hindistan və Pakistan arasında baş tutacaq yeganə danışıqlar hərbi əməliyyatların komandirləri arasında olacaq və birbaşa siyasi danışıqlar olmayacaq”, nəşrin mənbələri bildirib.
Onlar qeyd ediblər ki, Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval və ölkənin xarici işlər naziri Subrahmanyam Caishankar və onların pakistanlı həmkarları arasında heç bir əlaqə yoxdur.
Bundan başqa, Hindistan səlahiyyətliləri hesab edirlər ki, Kəşmir məsələsində İslamabadla "qanunsuz işğal olunmuş" ərazilərin Hindistana qaytarılmasından başqa müzakirə olunacaq heç nə yoxdur və bu məsələ ilə bağlı müzakirələr birbaşa aparılmalıdır, deyə mənbələr bildiriblər.
Poliqon.info