AZ

Britaniya kəşfiyyatı tarixində ilk dəfə!

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, tarixdə ilk dəfə Britaniya kəşfiyyatına qadın rəhbərlik edə bilər.

Böyük Britaniyada məxfi xidmətə yeni rəhbər seçkisi gedir. Medianın məlumatına görə, bu vəzifəyə qadın gətirilə bilər. 

"Tayms" nəşrinin məlumatına görə, hazırda Britaniya kəşfiyyatının rəhbəri vəzifəsinə üç qadın namizəd var.

Xəbərdə deyilir: "Tarixdə ilk dəfə olaraq MI: məxfi kəşfiyyat xidmətinə qadın rəhbərlik edəcək... Vəzifə üçün müsahibələr ötən həftə keçirilib. Finala qalan namizədlərdən üçü də qadın olub - onlardan ikisi MI6 xidmətinin zabitləridir".

Bu vəzifəyə Böyük Britaniyanın Çindəki səfiri Barbara Vudvord təyin edilə bilər. Qeyd edək ki, onu Çin Xalq Respublikasına rəğbət bəslədiyinə görə tənqid edirlər.

Son 5 il ərzində ML6 xidmətinə Riçard Mur rəhbərlik edib. Onun vəzifəsini payızda tərk etməsi planlaşdırılır.

Hürr Tərcüman

 

Seçilən
0
hurriyyet.az

1Mənbələr