Madrid "Real"ının hücumçusu Viktor Munyos sosial mediada kütləvi təhqirə məruz qalıb.

Offsideplus.az xəbər verir ki, fanatlar dünən "Barselona"ya qarşı "El-Klasiko"da 3:4 hesablı məğlubiyyətdən sonra futbolçunun sosial media səhifəsindəki paylaşımına kəskin reaksiya göstəriblər.

"Futboldan getmək vaxtı deyilmi?", "Qol vura bilməyəndən sonra görün bura kim gəlib?", "Oynamağı dayandır" kimi şərhlər yazan azarkeşlər Munyosu əlverişli şansı boşa verməkdə günahlandırıblar. 

Belə ki, 21 yaşlı oyunçu "Barselona" ilə matçın 88-ci dəqiqəsində mübarizəyə qoşulub və bundan cəmi bir neçə saniyə sonra rəqib qapıçı ilə təkbətək zamanı topu gözlənilmədən "çərçivə"yə göndərə bilməyib.

Tənqid və təhqirlərdən bezən hücumçu sosial media hesabında şərhlər bölməsini bağlayıb.