Yol boyunca müşayiət edilən şəxslərin təhlükəsizliyi yüksək səviyyədə qorunur.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Hər 2-3 saatdan bir avtomobil dayanır və müşayiət olunanlar ehtiyaclarını ödəyir. Müşayiət dəstəsinin rəisi dayanıqlar zamanı avtomobilin xarici mühafizəsini təmin edir. Avtomobilin dayanacaqlarında ətrafın tam müşahidəsi təmin edilir. Müşayiət olunanlar yalnız müvafiq nəzarət altında bayıra çıxarılır. Dayanacaqlarda təhlükəsizlik və qayda-qanun pozuntularının qarşısı alınır. Təhlükəsizlik tədbirləri, müşayiət olunanların rahatlığı və təhlükəsizliyini təmin edir. Avtomobilə yanacaq doldurularkən, müşayiət edilən şəxslər avtomobildən düşürülmür.