AZ

Zaxarova Avropa dövlətlərinin rəhbərlərini narkomaniyada ittiham etdi

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmeri narkomaniyada ittiham etib.

“İki sahil” xəbər verir ki, müvafiq paylaşım onun "Telegram" kanalında yayımlanıb.

Rusiya XİN rəsmisi 2022-ci ildə Avropa səfirlərindən biri ilə dialoqunu xatırladıb. Aİ təmsilçisi ona köhnə qitədə siyasi liderlərin narkotik istifadəçisi olmasının adi hal kimi qəbul edildiyini bildirib.

Bundan əvvəl sosial şəbəkələrdə Makronun jurnalistləri görən kimi qəribə bir paketi gizlətdiyi video yayımlanıb. Zaxarova məhz həmin kadrları şərh edib.

Seçilən
0
1
ikisahil.az

2Mənbələr