AZ

Göyçayda güclü yanğın ev sahibinə küllü miqdarda maddi ziyan vurub

Göyçayda güclü yanğın ev sahibinə küllü miqdarda maddi ziyan vurub.

Hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.

Belə ki, yanğın zamanı kənd sakini 56 yaşlı Şirinov Sahib Mikayıl oğluna məxsus ümumi sahəsi 300 kv metr olan talvarın yanar konstruksiyaları, talvarında dayanmış “FORD” markalı tranzit yük maşını, eləcə də həyətdə olan 200 kv metr olan tövlə və onun içərisindəki elektrik generatoru yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alov söndürülüb və genişlənməsinin qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

“Report”

Seçilən
0
10
ikisahil.az

10Mənbələr