Nazim Sadıxov Bakıda keçiriləcək UFC döyüş gecəsinə hazırlığını davam etdirir. 

Offsideplus.az xəbər verir ki, "Qara Canavar" iyunun 21-də Nikolas Motta ilə üz-üzə gələcək. O, qarşılaşmaya Gürcüstan döyüşçüsü Merab Dvalişvili ilə birgə məşq edir. Nazim sosial şəbəkə səhifəsində Merabla sparrinq etdiyi görüntüləri paylaşıb.

Qeyd edək ki, Merab Dvalişvili iyunun 8-də UFC316-da Şan O'Malli ilə döyüşəcək.

Xatırladaq ki, Bakıda keçiriləcək UFC-də gecənin əsas döyüşü Camahal Hill və Xalil Rountri arasında baş tutacaq. 

View this post on Instagram

A post shared by Nazim Sadykhov (@naz_mma)