AZ

Almaniya Fələstin əhalisinə daha 30 milyon avro humanitar yardım ayıracaq

Almaniya Fələstin ərazilərindəki mülki əhaliyə daha 30 milyon avroluq humanitar yardım edir.

Ucnoqta.az-ın məlumatına görə, DPA agentliyi xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ramallahda Fələstinin baş naziri Məhəmməd Mustafa ilə görüşündən sonra bildirib.

Vəsaitlər ərzaq yardımı, su təchizatı, səhiyyə və müvəqqəti yaşayış evlərinin tikintisi üçün istifadə olunacaq. Beləliklə, Almaniya Fələstin ərazilərində ən böyük donorlardan birinə çevriləcək – 2023-cü ilin oktyabr ayından etibarən göstərilən humanitar yardımın ümumi məbləği 333 milyon avro təşkil edəcək.

Əsas diqqət qidalanma yardımı, ilkin tibbi yardım və psixososial dəstəyə verilir.

Seçilən
0
26
ucnoqta.az

10Mənbələr