Bakı. Trend:
11 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasındatelefon danışığı aparılıb.
XİN-dən Trend-ə bildirilib ki,telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıqçərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfliçərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalqtəhlükəsizlik məsələləri müzakirə olunub.
Nazirlər siyasi, iqtisadi, ticarət, energetika, turizm və s.istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərininəzərdən keçiriblər.
Nazirlər həmçinin beynəlxalq platformalarda əməkdaşlıqistiqamətlərindən və qarşılıqlı dəstəkdən məmnun olduqlarınıbildiriblər.
Telefon danışığı zamanı eyni zamanda digər qarşılıqlı maraq doğuranikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsiaparılıb.