AZ

“Maraqlandığımız futbolçular var” – Qurban Qurbanov

Misli premyer-liqasının 34-cü turunda “Qarabağ” evdə “Araz-Naxçıvan”ı məğlub edib - 2:0.

“Football-plus.az” ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.

- Futbolçularımı təbrik edirəm. Texniki səhvlərimiz çox oldu. Komandamdan razı qaldım. Xeyli güc sərf etdilər. Elmara, “Araz-Naxçıvan”a uğurlar arzulayıram.

- Yayda “Qarabağ”ın yerli bazardan legioner transfer etmək fikri var?
-Yerli çempionatda yaxşı legionerlər var. Diqqətimi cəlb edirlər. Amma öz klublarının aparıcı oyunçularıdı deyə baş məşqçiləri də satmaq istəmir. Xaricdən legioner almaq fikrimiz var.

- “Sabah”la oyundan sonra Tahir Gözəl transfer haqda mövsümün sonunda Qurban Qurbanovla məsləhətləşəcəyini dedi.
- Maraqlandığımız futbolçular var. Danışıqlarımız davam edir.

- Müqavilə müddəti bitən futbolçularla razılıq əldə etmisiz?
- Hələ ki qəti qərar yoxdu. Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
0
football-plus.az

1Mənbələr