Misli Premyer Liqasının XXXIV turunda "Araz-Naxçıvan" "Qarabağ" səfərindən məğlub qayıdıb: 2:0.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev qarşılaşma barədə danışıb:
"Matçla bağlı geniş danışa bilməyəcəm. Çox zəif oynadıq. "Qarabağ" bizdən istəkli idi və çox üstün oynadı. İki oyunumuz qalıb. Düşünürəm ki, həmin oyunlara daha düzgün yanaşacağıq. Hər şey özümüzdən asılıdır. Çalışacağıq toparlanaq və məqsədimizə çataq".