AZ

Peyk görüntüləri Hindistanın iddialarını təkzib etdi


Çinin MizarVision şirkəti Pakistanın Ravalpindidəki Nur Xan aviabazasının 10 may 2025-ci ildə Hindistanın raket zərbəsindən sonra çəkilmiş yüksək keyfiyyətli peyk şəkillərini yayımlayıb. Geniş müzakirələrə səbəb olan bu şəkillər bazanın infrastrukturuna azacıq ziyan vurduğunu göstərir və ciddiitkilər barədə Hindistanın iddialarını isə təkzib edir. Şəkillərin təhlilinə əsasən, görünən zərər apronun yaxınlığındakı kiçik bir sahə ilə məhdudlaşır, ehtimal ki, bu da yanacaq daşıyan maşınların yanğını ilə əlaqədardır vəbu da hücum zamanı qeydə alınan intensiv yanğın görüntülərinə uyğundur. Mütəxəssislər bunun 2024-cü ilin dekabrında bazada mövcud olan tikinti materiallarının kölgələri ola biləcəyini qeyd edir. Obyektin əsas infrastrukturu faktiki olaraq toxunulmaz olaraq qalır.İslamabaddan cəmi 10 km məsafədə yerləşən Nur Xan Hava Bazası Pakistan Hərbi Hava Qüvvələri üçün mühüm logistika mərkəzi sayılır,nəqliyyat və yanacaq doldurma əməliyyatlarının dəstəklənməsində əsas rol oynayır. Hindistan Müdafiə Araşdırmaları Şöbəsinin məlumatına görə, Nur Xana endirilən zərbənin hədəfi JF-17 və F-16 qırıcılarını yanacaqla təmin edən İl-78 tanker təyyarəsi, həmçinin 6 nömrəli Antilop eskadrilyasının C-130 nəqliyyat təyyarəsi olub.Bununla belə, peyk məlumatları təyyarənin məhv edilməsini təsdiqləmir, baxmayaraq ki, sosial mediada Hindistan yanan obyektin, ehtimal ki, C-130-un feyk videolarını yayıb.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr