“Bu bölgədəki gərginliklə bağlı suallara da cavab tapmaq o qədər asan deyil. Kəşmir. 1949-cu ildə BMT-nin qərarı ilə iki hissəyə bölünüb. Hindistan Kəşmirin böyük hissəsinə nəzarət edir. Pakistan isə müsəlman əhalisinə görə bu bölgənin tamamilə onun olmasını istəyir. Bölgənin bir hissəsi isə Çinə məxsusdur. Ərazini starteji edən həm də su mənbələridir. Son günlər dünyanın gözu bu ərazidə idi”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun xəbər” proqramında yer alıb.
Aparıcının sözlərinə görə, mayın 7-də Hindistan Pakistan Kəşmirinə aviazərbələr endirdi:
“Yeni Dehli bunu bir neçə gün əvvəl Hindistan Kəşmirində baş verən terror aktına cavab adlandırdı. Terror aktından xəbərsiz olduğunu deyən Pakistanın Hindistana cavabı ağır oldu. Pakistan genişmiqyaslı əməliyyatlarda əsasən Çin istehsalı olan silahlardan istifadə etdi. Dünya gücləri baş verənlərə bir o qədər də ciddi reaksiya vermirdi. ABŞ və Çin hadisədən sadəcə təəssüfləndiklərini bildirirdi. Təşəbbüsü İran öz üzərinə götürməyə çalışdı. Lakin Vaşinqton Tehranı qabaqladı. Hindistanla Paksitan ABŞ-nin vasitəçiliyi ilə atəşkəsə razılaşdı. Amma bu atəşkəs Kəşmir probelminin həlli demək deyil. Problem qaldığı müddətdə bu, tərəflər arasında vəziyyətin gərgin olacağı deməkdir. Amma hər halda iki nüvə dövlətinin böyük müharibəyə başlamaması ilə dünya dərindən bir nəfəs aldı”.
Daha ətraflı süjetdə:
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta