AZ

Plana düşən ərazidə təmirsiz ilə təmirli mənzillərə niyə eyni məbləğ ödənilir? – ARAŞDIRMAVİDEO

Bir evin təmirinə 50 min manat xərc çəkilib, digəri isə təmirsizdir... Ancaq plana düşən zaman həmin evlərin kvadratına eyni məbləğdə kompensasiya hesablanır...

Xezerxeber.az-ın xəbərinə görə, əmlak eksperti Elnur Azadov deyir ki, təmirli və təmirsiz mənzil məsələsi MTK-larla sakinlər arasında çox vaxt problemə çevrilir.

Ekspertin sözlərinə görə, ölkədə 80-dən çox qiymətləndirmə şirkəti və qiymətləndirmə haqqında qanunlar var. Məhz bu cür hallarda proses qanunla tənzimlənməli, qiymətləndirmə şirkətləri məsələyə cəlb olunmalıdır.

Qeyd edək ki, sakinlər və MTK arasında bununla bağlı yaranan narazılıq bəzi hallarda hətta məhkəmələrə qədər uzanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
0
3
xezerxeber.az

4Mənbələr