Fransa Prezidenti Emmanuel Makron həmkarları ilə Kiyevə gələrkən qatarda kameralardan naməlum əşya gizlədib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Makron tez masa üzərindəki əzilmiş kağızı əlində gizləyib, sonra cibinə qoydu", - məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün Fransa Prezidenti Makron, Almaniya kansleri Merz, Polşa Baş naziri Tusk və Britaniya Baş naziri Starmer Kiyevə səfər etmişdilər.
Milli.Az