AZ

“El-Klasiko”nun qalibi “Barselona” olub – 5:3


İspaniya La Liqasının 35-ci turunda mövsümün ən maraqlı qarşılaşmalarından biri başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, “Barselona” doğma meydanda əzəli rəqibi “Real Madrid”i 5:3 hesabı ilə məğlub edib.
“El-Klasiko”nun ilk dəqiqələrindən Madrid təmsilçisi fransalı superulduz Kilian Mbappenin penalti zərbəsi ilə hesabı açıb (5-ci dəqiqə), daha sonra 14-cü dəqiqədə ikinci qolu vuraraq “Real”a üstünlük qazandırıb. Lakin “Barselona” bu zərbələrə tez cavab verib.
19-cu dəqiqədə Erik Qarsiya fərqlənib, ardından 32 və 34-cü dəqiqələrdə Lamine Yamal və Rafinyanın ardıcıl qolları ilə “Barsa” hesabda önə keçib. Rafinya ilk hissənin sonlarında yenidən rəqib qapısını dəqiq nişan alaraq dublunu rəsmiləşdirib.
İkinci hissədə Mbappe het-trikini tamamlayaraq (70-ci dəqiqə) “Real”a ümid versə də, oyunun son saniyələrində – 90+6-cı dəqiqədə Fermin Lopez Martinin qolu oyunun taleyini həll edib - 5:3.
Bu qələbə ilə xallarını 82-yə çatdıran “Barselona” turnir cədvəlində yenidən zirvəyə yüksəlib və “Real Madrid”i 7 xal qabaqlayıb.

***17:20

Bu gün Bakı vaxtı ilə saat 18:15-də başlayacaq “El-Klassiko”da “Barselona” ilə qarşılaşacaq "Real Madrid" klubunun start heyət müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, türkiyəli gənc ulduz Arda Güler start heyətdə yer alıb.
"Kral klubu"nun start heyəti aşağıdakı kimidir:
Kurtua; Vaskes, Asensio, Çuameni, Qarsiya; Sebalyos, Valverde, Bellingem, Güler; Mbappe, Vinisius.

***15:42

Bu gün futbol üzrə İspaniya çempionatının 35-ci turunun mərkəzi oyunu keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, növbəti “El-Klassiko”da əsas rəqiblər “Barselona” və “Real Madrid” qarşılaşacaq.
Qarşılaşma Olimpiya Stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Hazırda turnir cədvəlinə 79 xalla “Barselona” başçılıq edir. “Kral klubu” 4 xal geridə qalıb və 75 xalla ikinci pillədə qərarlaşıb. Kataloniyalılar qalib gəlsə, xal fərqi 7-yə yüksələcək, “Real”ın uğuru isə fərqi minimuma endirəcək. 
Seçilən
0
1
yeniavaz.com

2Mənbələr